Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir.
Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur.
== Nisbi sıxlıq ==
Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur:
ρ2= ρ1 – γ (t2 – t1)
t1 – ölçmənin başlanğıc temperaturu, 0C;
t2 - ölçmənin son temperaturu, 0C;
γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş;
ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır.
Neft məhsulları üçün düzəliş qiymətləri
γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7)
formulu üzrə hesablanır.
Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır:
Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar.
Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.